Bakıda "İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsinin təqdimatı olub


Digərləri 19 Dek 2017 12:44:00 316 0

Bakıda "İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsinin təqdimatı olub

Bu gün Bakıda YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsinə dair hesabat tədbiri keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq, bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını qeyd edib.

Sonra tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Azərbaycanın dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Erkən uşaqlıq dövrünü uşaqların potensial imkanlarının inkişafı dövrü hesab edən C.Bayramov bu yaş dövründə təhsilin uşağa ətraf mühitin kəşf olunmasına, baş verən dəyişiklikləri şüurlu şəkildə dərk etməsinə, sosiallaşmasına, digər uşaqlar və böyüklərlə əməkdaşlıq etməsinə imkan yaradan bir vasitə olduğunu, eləcə də öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb.

C.Bayramov Təhsil Nazirliyinin YUNİSEF-lə səmərəli və islahatyönümlü əməkdaşlığını yüksək qiymətləndirib və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.