Afrikada "İlin futbolçusu" mükafatına 3 namizəd


İdman 19 Dek 2017 12:44:00 208 0

Afrikada "İlin futbolçusu" mükafatına 3 namizəd

2017-ci ildə Afrikanın ən yaxşı oyunçusu mükafatına iddia edən 3 futbolçu müəyyənləşib. Goal.az xəbər verir ki, bunlar Məhəmməd Salah ("Liverpool", Misir), Sadyo Mane ("Liverpool", Seneqal) və Pyer-Emerik Obameyanqdır ("Borussia Dortmund", Qabon). Mükafatın təqdim olunma mərasimi dekabrn 25-ə planlaşdırılır. Bir neçə gün öncə Salah "BBC"nin versiyasında Afrikanın ən yaxşı futbolçusu seçilmişdi.

1992-ci ildən təqdim olunan mükafatın son qalibi Əlcəzair millisi və "Leicester City"nin yarımmüdafiəçisi Riyad Mahrez olub. Hazırki finalçılardan Obameyanq 2015-ci ildə "Afikanın ən yaxşı futbolçusu" adına layiq görülüb.