GDS 2018: İştirakınız üçün sayılı günlər qalıb


Digərləri 19 Dek 2017 12:41:00 239 0

GDS 2018: İştirakınız üçün sayılı günlər qalıb

Hər il dünyanın 35-dən çox ölkəsinin iştirak etdiyi Narkotiklərə dair Qlobal Sorğu (GDS) bu il Azərbaycan dilinə də tərcümə edilərək, iştirak üçün açıq elan edilib.

Bakı. Hər il dünyanın 35-dən çox ölkəsinin iştirak etdiyi Narkotiklərə dair Qlobal Sorğu (GDS) bu il Azərbaycan dilinə də tərcümə edilərək, iştirak üçün açıq elan edilib. Əgər nakrotiklərdən istifadəni hər kəs üçün təhlükəsiz etmək istəyirsinizsə, onda oxumağa davam edin. Sorğu müstəqil tədqiqat təşkilatı tərəfindən aparılır və ictimai sağlamlıq, epidemiologiya və ictimai siyasət üzrə bir sıra beynəlxalq ekspertlər tərəfindən hazırlanır. Bu qlobal sorğunun bir neçə məqsədi var. Ən başlıcası, narkotiklərə dair anonim, səmimi və obyektiv müzakirələri canlandırmaqdır. Narkotik dedikdə nə nəzərdə tuturuq? Hər gün istifadə etdiyimiz, amma adına narkotik demədiyimiz maddələr də qarışıq, bu il biz Azərbaycanda spirtli içki, nikotin və çətənə bitkisi (marixuana) haqqında soruşmaq istəyirik. İkinci olaraq, istifadəçilərin fikirlərini və ehtiyaclarını öyrənərək onlara uyğun tibbi müalicə və sosial xidmətlərin yaradılmasına təkan vermək istəyirik. Sorğunun əsas məqsədlərindən biri, insanları təhlükəsiz istifadə metodları ilə tanış etməkdir. Bunun üçün isə hansı maddədən nə qədər istifadə olunduğunu bilməyimiz şərtdir. Narkotiklər demək olar ki, hər bir insanın həyatında rol oynayır. İstifadə miqdarı və tezliyi fərqli olsa da. Kimsə ayda bir dəfə bir qədəh şərab içir, kimsə isə hər gün 20 ədəd tütün siqaretlərindən istifadə edir. Kimsə isə hər gün həm çətənə, həm nikotin həm də spirtli içkidən istifadə edir və bəlkə öz istifadəsi haqqında daha çox məlumatlanmaq yaxud mütəxəssis köməyinə müraciət etmək istəyir. Amma necə və harada? Bunları inkişaf etdirməyimiz üçün sizin cavablarınıza ehtiyac var!