Cahangir Novruzov Türkiyədə ən yaxşı rejissor oldu FOTO


Digərləri 19 Dek 2017 12:36:58 279 0

Cahangir Novruzov Türkiyədə ən yaxşı rejissor oldu  FOTO

Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb.

Son.az xəbər verir ki, Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub. O, bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət "Ah, bu evlilik..." tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimində həmyerlimizə təqdim olunub.

Mükafatın "Halk Jürisi"nin üzvləri 2016-2017-ci ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər. Xatırladaq ki, Cahangir Novruzov ötən teatr mövsümündə "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülmüşdü.


Xəbərə aid fotolar