Muratdan yeni sevgilisinə iş təklifi


Digərləri 19 Dek 2017 12:21:00 296 0

Muratdan yeni sevgilisinə iş təklifi

Aktrisa Merve Boluğurla 2 illik ailə həyatına son qoyan müğənni Murat Dalkılıç yeni sevgilisi Hande Erçellə birlikdə yaşamağa başlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa Muratın villasına köçüb. Sevgililər, eyni zamanda ortaq layihəyə də imza atıblar. Belə ki, Hande Dalkçılıçın baş rolda çəkiləci filmdə onun tərəf-müqabili olacaq. Çəkilişlər yanvarda olacaq.   Xatırladaq ki, Muratla baş rola daha əvvəl Merve çəkiləcəkdi. Lakin cütlüyün boşanmasından sonra müğənni baş rol təklifini keçmiş sevgilisi Ekin Türkmənə etmişdi. Ondan da "yox" cavabı alan ifaçı nəhayət filmə yeni sevgilisi ilə çəkiləcək. Hande yaxın ətrafına "Muratla filmə çəkiləcəyim üçün çox həyəcanlıyam" deyib.