Millət vəkili: Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir


Digərləri 19 Dek 2017 12:19:00 218 0

Millət vəkili: Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir

Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib. T.Rzayev bildirib ki, istər Bakıda, istərsə də regionlarda qəbiristanlıqları insanlar özləri saxlayır və məzarlıqların təmiz saxlanması üçün hər ay müəyyən vəsait verirlər. Deputat vurğulayıb ki, əgər qəbiristanlıqlar bələdiyyələrin idarəçiliyinə verilirsə, qəbiristanlıqların saxlanması məsələsi də həll olunmalıdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin