Ukraynada məşhur azərbaycanlı onkoloq dünyasını dəyişib


Siyasət 19 Dek 2017 11:22:37 274 0

Ukraynada məşhur azərbaycanlı onkoloq dünyasını dəyişib

Şahin Babanlı dekabrın 17-də uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat edib

Bakı. 19 dekabr. REPORT.AZ / Ukraynada Ternopol vilayət onkoloji dispanserinin baş həkiminin müavini Şahin Babanlı dünyasını dəyişib. Bu barədə Report Ukrayna KİV-nə istinadən xəbər verir.

O, dekabrın 17-də uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat edib.

Qeyd edək ki, Babanlı Azərbaycanın Qazax şəhərində doğulub.

O, 1980-ci ildə Ternopol dövlət tibb institutunu "Müalicə işi" ixtisası üzrə bitirmişdir. 2013-ci ildən Ternopol vilayət onkoloji dispanserinin baş həkiminin cərrahiyyə işləri üzrə müavini vəzifəsində çalışıb.

Dəfn mərasimi dekabrın 19-də keçiriləcək.