Narkotacirlər, qatillər və quldurlar şəhərdə edam olundular VİDEO FOTO


Digərləri 19 Dek 2017 11:14:00 298 0

Narkotacirlər, qatillər və quldurlar şəhərdə edam olundular  VİDEO  FOTO

Çində narkoticarət, qatillər və quldurlar edam olunublar. Onlar stadionda, minlərlə insanın gözləri qarşısında güllələniblər.

Son.az South China Post-a istinadən bildirir ki, Çinin cənubundakı Quandun vilayətindəki Lyufen bölgəsində, Dunhay şəhərindəki stadionda 10 nəfər edam olunub.

Şanvey və Lyıfen xalq məhkəmələrinin hökmü ilə onlar narkoticarət, quldurluq və qətllərdə suçlanıblar.

10 nəfər edam cəzası alıb və cəza gerçəkləşdirilib.

İyun ayından bəri Quandunda məhkəmələr artıq üçüncü dəfədir ki, edam hökmləri verirlər.

Edam olunanların 7 nəfəri narkotacirlər idi.

Noyabrın 28-də Çjayyan şəhərində 3 narkotacir, iyunun 24-də isə Şanvey şəhdərində 13 qatil və narkotacir edam olunmuşdular. Edamlar stadionlarda gerçəkləşmişdi.


Xəbərə aid fotolar