Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi FOTO


Şou-biznes 19 Dek 2017 10:55:00 285 0

Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi  FOTO

Sizi heç sosial şəbəkələrdə foto paylaşdığınıza görə məhkəməyə veriblər? Məni hə, məhkəməyə veriblər. Özü də bilirsiz kim? Həyat yoldaşımın keçmiş arvadı! Baxmayaraq ki, qadın həm mənim "facebook", həm də instaqram səhifəmdə "blok"dadır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə sosial şəbəkədə yazıb. 

O, həyat yoldaşı Murad Temizin birinci xanımı tərəfindən məhkəməyə verildiyini bildirib:

"Mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazdıqlarına rəğmən bir dəfə də olsun cavab verməmişəm. Amma məndən şikayəti var. Sən demə, xanımı öz ailə və həyat yoldaşımla paylaşdığım fotolarla narahat etmişəm. Bizim günümüz məhkəmələrdə keçir. Allah mənə səbr versin. Biz də onu məhkəməyə verəcəyik və məsələ uzansa təzminat tələb edəcəyik. Özü də çox böyük məbləğdə. Səbir edirəm, başqa çarə yoxdur".


Xəbərə aid fotolar