Kombi istilik xərcləri azaldıldı - sakinlər razıdır


Digərləri 19 Dek 2017 10:56:00 223 0

Kombi istilik xərcləri azaldıldı - sakinlər razıdır

Kombi istilik xərclərini azaltdi - sakinlər razıdır .

Bakı. Bir müddətdir ki, “Kristal Abşeron” şirkəti tərəfindən tikilən binalarda yaşayan sakinlər isti suyun və istilik sisteminin qiymətlərinin qaldırılmasından narazılıq edir. Şirkət isə Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin artırılmasından sonra qiymət artımının edilməsinə məcbur qaldıqlarını qeyd edirlər. Narahatlığın səbəbi Məlumdur ki, ötən il noyabr ayında Tarif Şurası tərəfindən təbii qazın və işığın qiyməti qaldırılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.Lakin MTK qazanxanları qeyri - əhali seqmentinə aid olduğu üçün onlara heç bir limit tətbiq edilmir , yəni kubmetr qiyməti 20 qəpikdən hesablanır. İşığın qiymətləri isə 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib. O cümlədən,“Azərsu” ASC-nin müraciəti ötən ilin may ayında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr müəyyən edilib. Kristal Abşeronun problemi həll etməyə çalışması Göründüyü kimi, Tarif Şurasının sözügedən qərarlarından sonra Kristal Abşeron şirkəti də kommunal xərclər üzrə qiymətlərə yenidən baxmalı olub. Bu zaman şirkət ötən il istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırıb. Bu il isə artan xərclərlə əlaqədar olaraqyenidən qiymət 80 qəpiyə qaldırılıb.İsti suyun bir kubmetri isə sakinlərə ötən il 2 manat 30 qəpiyə, bu il isə 3.50 qəpiyə təklif olunub.Sakinlər də mənzillərinin kvadratına əsasən qiymətlərin artmasına görə MTK-ya xeyli pul ödəməli olurlar. “Kristal Abşeron” şirkəti bu məqamda sakinlərəenerji daşıyıcıların əhali seqmentinə limit verilməsini nəzərə alaraq aylıq xərclərinin azalması üçün şəxsi kombi sistemini çəkdirməyi təklif edir. Hazırda mənzilində kombi sistemini çəkdirmiş sakinlər də xərclərinin xeyli azaldığını vurğulayırlar. Sakinlər arasında sorğu Apardığım araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, “Kristal Abşeron”ın Xırdalan şəhərində inşa etdiyi mənzillərdə yaşayan 3 sakin fərdi kombi sisteminin daha sərfəli olduğunu vurğulayır.Araşdırma nəticəsində məlum oldu ki, kombi sisteminin sakinlərə aylıq isitmə xərclərinə 2-3 dəfə qənaət etməsinin əsas səbəblərindən biri də Kristal Abşeron inşa etdiyi binaların təbii daş yunundan hazırlanan xüsusi izolyasiya materialı ilə üzlənməsidir. Avropa təcrübəsi göstərir ki, izolyasiya edilmiş binalarda yaşayan insanlar, mənzildaxili temperaturun stabil olduğuna görə daha sağlam olurlar və enerji xərclərinə qənaet edirlər. - Belə ki, 2- ci binanın sakini mənzildə yaşayan H.Abdullayev bildirir ki, bu ilin noyabrın 12-də kombi sistemini quraşdırıb: “Mənzilim 86 kv.metrdir. İqtisadi cəhətdən götürdükdə şəxsi kombi çəkdirmək sərf edir. Çünki “Kristal Abşeron”ın istilik sisteminin qiyməti 80 qəpikdir. İsti suyun kubmetri isə 3 man 50 qəpikdir. 1 ay ərzində kombi çəkdirəndən sonra cəmi 20 manat sərfiyyatım olub.