Lüks otel alışdı:


Digərləri 19 Dek 2017 10:09:00 342 0

Lüks otel alışdı:

Şotlandiyadakı Lox Lomond gölünün sahilindəki beşulduzlu, lüks "Cameron House" otelində güclü yanğın olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, yanğında iki nəfər həlak olub, 3 nəfər ağır yanıq xəsarətləri alıb. Oteldəki 200 nəfər təlxiyə olunub.

Səhər saatlarında başlanmış yanğının söndürülməsi üçün hadisə yerinə onlarla yanğınsöndürmə və xilasetmə briqadaları yollanmışdı. Yanıq xəsarətləri alanlar bir ailənin üzvləridir. Onlardan biri uşaqdır.

Yaralılar Qlazqodakı "Queen Elizabeth University Hospital" hospitalına aparılıblar.

Yanğında bir nəfərin cəsədi aşkarlanıb. İkinci şəxs isə Peyslidəki "Royal Alexandra Hospital" aparılanda yolda keçinib.

Hazırda "Cameron House"un mühtəriləri "Boathouse" otelinin restoranındadır.

"Cameron House" 72 saat bağlı qalacaq.