Gələn il smartfon bazarında "Samsung"un payı azalacaq


Digərləri 19 Dek 2017 08:51:00 236 0

Gələn il smartfon bazarında "Samsung"un payı azalacaq

"Strategy Analytics" analitik şirkətinin mütəxəssislərinin hesablamalarına görə, 2018-ci ildə "Samsung" şirkətinin smartfon bazarındakı payı 20,5 faizdən 19,2 faizə qədər düşməli və 315 milyon ədəd təşkil etməlidir.

Son.az lent.az-a istinadən xəbər verir ki, zəifləmə premium seqmentində "Apple" şirkətinin mövqeyinin güclənməsi ilə bağlıdır. Bunu isə "iPhone X" və onun davamçıları, nəhəng sayda əlçatan smartfonlar istehsal edən Çin şirkətləri təmin edəcəklər.

2016-cı ili saymasaq, bu müddət ərzində ilk dəfə olaraq "Samsung" şirkəti smartfon bazarında mövqelərini zəiflədəcək. 2016-cı il olduqca qeyri-standart olub ki, o zaman da "Samsung" şirkəti bir neçə milyon "Galaxy Note 7" smartfonunu bazardan geri çağırıb və milyardlarla dollar zərərə uğrayıb.

"Apple", proqnozlara əsasən, öz bazar payını 14 faizdən 14,3 faizə qədər artıracaq və 234 milyon ədəd smartfon satışa çıxaracaq.   "Huawei Technologies" və "Oppo Electronics" şirkətlərinin isə bazar payı gələn il 10 və 7,8 faizə qədər artmalıdır.