Mixeil Saakaşvilinin istintaqa ifadə verəcəyi tarix məlum olub


Dünya 19 Dek 2017 08:50:00 332 0

Mixeil Saakaşvilinin istintaqa ifadə verəcəyi tarix məlum olub

Bir müddət əvvəl bildirilirdi ki, M.Saakaşvili Ukrayna prokurorluğuna idafə verməkdən imtina edib

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilini dekabrın 22-də istintaqa çağırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə qurumdaxili mənbələr məlumat yayıb. "Saakaşvili dekabrın 22-də UTX-nin Kiyev İdarəsinə istintaq qarşısına çağırılır", - deyə mənbələrdən biri bildirib. Bir müddət əvvəl bildirilirdi ki, M.Saakaşvili Ukrayna Prokurorluğuna ifadə verməkdən imtina edib.