Samsung Notebook 9 təqdim olundu


Digərləri 19 Dek 2017 08:21:00 198 0

Samsung Notebook 9 təqdim olundu

"Samsung Electronics" korporasiyası "Notebook 9" seriyasına aid 3 ədəd portativ kompüter təqdim edib: 13 düymlük ekrana malik "Notebook 9" (2018), 15 düymlük ekrana malik "Notebook 9" (2018) və "Notebook 9 Pen".

Son.az ICTnews-a istinadən bildirir ki, yeni kompüterlər səkkizinci nəsil "Intel Core i7" prosessoru, 1920x1080 piksel təsvir ölçülü ekran, 16 QB-dək əməli yaddaş, "Windows 10" əməliyyat sistemi, işıqlandırıcı klaviatura və "Metal12" ərintisindən hazırlanmış korpusla təchiz edilib.

15 düymlük "Samsung Notebook 9" (2018) düymlük modeli 2 QB-lıq "GDDR5" yaddaşına malik "Nvidia GeForce MX150" videokartı və tutumu 1 TB-dək olan "NVMe PCIe" sərtgövdəli daşıyıcısı ilə təchiz edilib. "Thunderbolt 3/USB Type-C", "HDMI", "USB 3.0" və "USB 2.0" portları var.

13,3 düymlük "Samsung Notebook 9" (2018) oxşar xüsusiyyətlərə malikdir, amma daxili qrafik sürətləndirici ilə təchiz edilib. Həmçinin bu modeldə "Thunderbolt 3" portu yoxdur.

"Samsung Notebook 9 Pen" hibrid qurğudur, planşetə çevrilə bilir. Bu model 512 QB-dək sərtgövdəli daşıyıcı, infraqırmızı kamera və 1 ədəd "USB 3.0" portu ilə təchiz edilib.