Samsung “ağıllı” səsgücləndirici satacaq


Digərləri 19 Dek 2017 08:15:00 244 0

Samsung “ağıllı” səsgücləndirici satacaq

"Samsung" şirkətinin "ağıllı" səsgücləndiricisi 2018-ci ilin ilk yarımilində satışa çıxarılacaq.

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, yeni cihaz arxada qoyduğumuz ildə Koreya şirkəti tərəfindən tərtib olunmuş "Bixby" səsli köməkçisi ilə təchiz edilib.

Bundan başqa, istehsalçılar əsas vurğunu səsin keyfiyyətinə və "ağıllı ev"in - kameralar, məişət cihazları, təchizatın idarə edilməsinə etməyi planlaşdırır.

"Samsung" şirkətinin "ağıllı" səsgücləndiricisinin qiyməti 200 dollar olacaq. Bu isə onun əsas rəqibi olan "Apple HomePod" analoji məhsulundan ucuz olacaq.