Argentinada etiraz aksiyasında xəsarət alanların sayı 162 nəfərə çatıb - VİDEO - YENİLƏNİB


Dünya 19 Dek 2017 08:01:00 263 0

Argentinada etiraz aksiyasında xəsarət alanların sayı 162 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Onların 80 nəfərindən çoxu hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır

Argentinanın paytaxtı Buenos-Ayresdə pensiya islahatlarına etiraz edənlərin keçirdiyi aksiyada xəsarət alanların sayı 162 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Todo Noticias" məlumat yayıb.

Nəşrin məlumatına görə, 162 nəfərə tibbi yardım göstərilib. Onların 80 nəfərindən çoxu hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Bundan əlavə, polis 81 nəfəri saxlayıb.

***03:33

Argentinanın paytaxtı Buenos-Ayresdə polislə nümayişçilər arasında baş verən toqquşmalarda 81 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Noticias Sin" məlumat yayıb.

Qeyd edilir ki, xəsarət alanların çoxu – 49 nəfəri polis əməkdaşlarıdır. Yaralanmış daha 33 nəfər adi vətəndaşlardır.

Nəşr bildirib ki, etiraz aksiyalarının gedişində hüquq-mühafizə orqanları 48 etirazçını saxlayıb. Qeyd edək ki, aksiya pensiya islahatları əleyhinə keçirilib.