Tramp: "Onlar insanların ölümünün qarşısını alıblar"


Dünya 19 Dek 2017 08:08:00 230 0

Tramp: "Onlar insanların ölümünün qarşısını alıblar"

Tramp: Sankt-Peterburqda teraktın qarşısının alınması - kəşfiyyat məlumatlarının düzgün mübadiləsinin nümunəsidir

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, bu terror aktı zamanı minlərlə insan həlak ola bilərdi: "Onlar terrorçuları hücumundan əvvəl saxlamağı və insanların ölümünün qarşısını alıblar və bu çox gözəldir".

Qeyd edək ki, dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin Trampla telefon danışığı zamanı terror aktlarının qarşısını almağa kömək edən məlumatların Rusiyaya verilməsinə görə ABŞ prezidentinə təşəkkürünü bildirib.