ABŞda 40 milyondan çox insan səfalətdə yaşayır


Dünya 19 Dek 2017 07:45:00 228 0

ABŞda 40 milyondan çox insan səfalətdə yaşayır

ABŞ-da 40 milyondan çox insan və yaxud hər 8 amerikalıdan biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və bu göstərici prezident Donald Trampın siyasitinə görə arta bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin ifrat yoxsulluq məsələsi üzrə xüsusi məruzəçisi Filip Olston bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-da insanların dünyanın digər zəngin ölkələri ilə müqayisədə sosial statusunu yüksəltmək üçün ən az imkanlara malik olması ilə bağlıdır

F.Olston əlavə edib ki, ABŞ-ın ən varlı, ən güclü ölkələrdən biri olmasına baxmayaraq ölkənin nə gücü, nə dövləti, nədə texnologiyası yoxsulluq vəziyyətində yaşayan 40 milyon insana kömək etmək üçün istifadə edilmir.