"İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları" təsdiqlənib


Sosial 19 Dek 2017 00:20:00 322 0

"İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları" təsdiqlənib

Səhiyyə Nazirliyinə "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi"ni təsdiq etmək tapşırılıb

Nazirlər Kabineti "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı"nı və "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"nı təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı" təsdiqlənib.

Səhiyyə Nazirliyinə bir ay müddətində "Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi"ni təsdiq etmək tapşırılıb.