Türkiyə ABŞ-ın BMT-də Qüdslə bağlı qətnaməni bloklamasını tənqid edib


Dünya 19 Dek 2017 00:18:26 325 0

Türkiyə ABŞ-ın BMT-də Qüdslə bağlı qətnaməni bloklamasını tənqid edib

Vaşınqtonun Qüdslə bağlı qərarı qanundan kənara çıxır

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarına qarşı BMT Təhlükəsizlik Şurasında (TŞ) səsverməyə qoyulan qətnamənin rəsmi Vaşınqton tərəfindən bloklanması Birləşmiş Ştatların bu məsələdə bitərəfliyini itirdiyini bir daha sübut edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"ABŞ-ın qətnaməyə veto tətbiq etməsi bir daha sübut etdi ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı bitərəfliyini itirib. ABŞ-ın sənədlə bağlı vetodan istifadə edən yeganə ölkə olması sübut edir ki, Vaşınqtonun Qüdslə bağlı qərarı qanundan kənara çıxır", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi qərarına qarşı BMT TŞ-da qətnamənin qəbul edilməsi rəsmi Vaşınqton tərəfindən bloklanıb. ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edib və ölkəsinin səfirliyini bu şəhərə köçürülməsi ilə bağlı göstəriş verib.