Həbəşistanda toqquşmalar zamanı azı 61 nəfər həlak olub


Dünya 18 Dek 2017 23:54:42 253 0

Həbəşistanda toqquşmalar zamanı azı 61 nəfər həlak olub

Hadisələrə nə səbəb olduğu hələlik məlum deyil

Bu həftə Həbəşistanın Oromia bölgəsində müxtəlif etnik qruplar arasında baş verən toqquşmalar zamanı azı 61 insan həlak olub.

"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, toqquşmalar 14-17 dekabrda Havi Qudina və Daro Lebu bölgəsində baş verib. Hazırda insan itkiləri ilə nəticələnən toqquşmaların istintaqı aparılır.

Hadisələrin səbəbi hələlik məlum deyil.