"Sümüklərin sızıltısı yağışdan xəbər verir" fikrinin dəqiq olmaması təsdiqləndi


Digərləri 18 Dek 2017 23:18:00 424 0

"Sümüklərin sızıltısı yağışdan xəbər verir" fikrinin dəqiq olmaması təsdiqləndi

Yaşlı adamların belində və dizlərində ağrılardan şikayətlənməsi heç də hava ilə əlaqədar deyil.

Tədqiqatçılar 65 yaşdan yuxarı amerikalılar üçün nəzərdə tutulan tibbi sığorta proqramının məlumat bazasında həkimə müraciətlərlə bağlı məlumatları hərtərəfli təhlil ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məlumatlar 1,5 milyondan artıq yaşlı insana və həkimlərə edilən 11,5 milyondan artıq müraciətə aiddir. Alimlər bel və oynaq ağrıları ilə bağlı müraciətlərin sayını bu insanların yaşadıqları regionda həmin günlərdə havanın necə olması barədə arxiv məlumatları ilə müqayisə ediblər.

Nəticədə məlum olub ki, yağışlı və yağmursuz günlərdə "sümüklərin sızıltısı" ilə bağlı şikayətlərin sayında heç bir fərq olmayıb. Pis havada bel və oynaq ağrıları ilə həkimə müraciətlər 6,35 faiz, yaxşı havada isə 6,39 faiz təşkil edib.