Təkcə ürəyimiz yananda yox, adi vaxtda da…


Digərləri 18 Dek 2017 23:04:00 276 0

Təkcə ürəyimiz yananda yox, adi vaxtda da…

Çay həyatımızın ayrılmaz bir parçasına çevrilib. Statistika göstərir ki, sudan sonra ən çox içilən çaydır. Çay təkcə susuzluğu yatırmır, həm də çox böyük müalicəvi əhəmiyyət daşıyır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin botanika kafedrasının müdiri, biologiya elmləri doktoru Elşad Qurbanov deyib:

- Çay orqanizmi stimullaşdırmaq, tonusu qaldırmaq ucun ən yaxşı vasitələrdən biri sayılır. Çində aparılan qazıntılar zamanı çayın həmin ölkədə 5 min il bundan əvvəl istifadə edildiyi aşkar olub. İlk vaxtlar ondan 72 zəhərə qarşı dərman kimi istifadə edirdilər.

Hazırda Yaponiyada yoluxucu xəstəliklər zamanı da çaydan istifadə edilməsi üzərində araşdırmalar aparılır. Dünya əhalisinin 90 faizinin çay içdiyi məlumdur.

Çaydan xalq təbabətində bir sıra xəstəliklərin müalicəsi üçün geniş istifadə olunur. Gözün iltihabı proseslərində və konyunktivit zamanı dəmlənilmiş çayı islatma şəklində qoyulması çox faydalı təsir göstərir.

Tərkibində aşı maddələri çox olduğuna görə, mədə-bağırsaq xəstəlikləri zamanı da ondan istifadə etmək səmərəli nəticələr verir.