ABŞ Milli Təhlükəsizlik Strategiyası: Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur


Dünya 18 Dek 2017 22:46:00 322 0

ABŞ Milli Təhlükəsizlik Strategiyası: Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur

Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən bazar ertəsi elan edilən ABŞ Milli Təhlükəsizlik Strategiyasının yeni redaktəsində bildirilib.

"Çin və Rusiya Amerikanın gücü, nüfuzu və maraqlarına meydan oxuyaraq, Amerikanın təhlükəsizliyini və rifahını dağıtmağa çalışırlar. Rusiya ABŞ-ın Avropaya bağlılığına etimad səviyyəsini azaltmaq, transatlantika birliyini pozmaq və Avropa qurumlarını və hökumətlərini zəiflətmək üçün təxribat tədbirlərindən istifadə edir".