"Babək" prospekti yenidən qurulur VİDEO


Digərləri 18 Dek 2017 21:57:27 271 1

"Babək" prospekti yenidən qurulur  VİDEO

Uzunluğu 9 kilometr olan və uzun illəridir əsaslı təmir edilməyən paytaxtın Babək prospektinin təmirinə başlanılıb. Bu gün səhər saatlarından etibarən prospektdə köhnə asfalt örtüyü qaşınıraq yük maşınları ilə daşınır.

Son.az bildirir ki, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilib.

3 gediş, 3 gəliş olmaqla 6 zolaqdan ibarət olan yolda hər hansı genişləndirmə işi həyata keçirilməyəcək.Yolun bəzi yerlərində piyada səkiləri inşa ediləcək,ərazidə yağış kanalizasiya borularıda yeniləri ilə əvəz ediləcək. Təmir işləri çərçivəsində ərazidəki bütün səki daşlarıda yenilənəcək.

İşlərin nə zaman yekunlaşacağı isə dəqiq bilinmir.