Bu məktəbin yolu qəbiristanlıqdan keçir şagirdlər çətinliklərlə üzləşirlər VİDEO


Digərləri 18 Dek 2017 21:27:38 237 1

Bu məktəbin yolu qəbiristanlıqdan keçir  şagirdlər çətinliklərlə üzləşirlər  VİDEO

Əvvəlcə dəmir yolu xəttindən, sonra isə qəbiristanlığın içərisindən keçərək məktəbə gedirlər.

Son.az bildirir ki, görüntülər Sumqayıtın Yaşıldərə yaşayış massivindən, 5-ci və 6-cı məhəllələrdəndir.

Sakinlərin sözlərinə görə, həmin ərazidə marşrut xətti yoxdur. Şagirdlər də marşurut avtobuslarına getmək üçün qısa yol kimi əvvəlcə təhlükəli dəmir yolu xəttindən, sonra isə qəbiristanlıq ərazisindən istifadə edirlər.

Sakinlər və şagirdlər bildirirlər ki, əsas çətinlik məktəblilər ikinci növbədəki dərslərdən qayıdan zaman yaşanır. Evə axşam saatlarında qayıdan uşaqlar qəbiristanlıq ərazisindən keçməyə qorxurlar.