Gənc pianoçularımız Beynəlxalq müsabiqədə uğur qazanıblar (FOTO)


Digərləri 18 Dek 2017 21:01:00 241 0

Gənc pianoçularımız Beynəlxalq müsabiqədə uğur qazanıblar (FOTO)

Musiqi məktəbinin şagirdləri pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanıblar

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Avstriyanın Vyana şəhərində keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində iştirak ediblər. Trend-in məlumatına görə, müsabiqədə fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova (əməkdar müəllim Kamilla Əmirova) İ.S.Bax “İki səsli invensiya”, F.Şopen “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini və fortepiano ixtisası üzrə IX sinif şagirdi Fidan Əmişova (professor Siala Sinamdzqvarişvili) L.V. Bethoven “Sonata №1” (fa minor) I hissə, F. Şopen “Etud №9” (fa monor), F. Şopen “Noktyurn” (mi minor) əsərlərini məharətlə ifa ediblər.