Musiqili Teatrda bu həftə


Kriminal 18 Dek 2017 19:24:00 289 0

Musiqili Teatrda bu həftə

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının mətbuat xidmətindən Son.az-a bildirilib ki, 22, 23, 24  dekabr tarixlərində saat 19.00-da "Silva" (İ. Kalman), "Mən dəyərəm min cavana" (F. Sücəddinov, T. Vəliyeva) və  "Toya bir gün qalmış" (Ə. Səmədli) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Firuz Məmmədov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Rauf Babayev, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 22 dekabr saat 19.00-da İmre Kalmanın "Silva" iki hissəli operettası rus dilində nümayiş olunacaq.


Xəbərə aid fotolar