Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanılıb (FOTO)


Digərləri 18 Dek 2017 17:54:00 244 0

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanılıb (FOTO)

Qubada bankomatdan oğurluğun qarşısı alınıb.

Bakı. Qubada bankomatdan oğurluğun qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Zərdabi qəsəbə sakini 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən Kapital Bankın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib. Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.