""ARB Günəş" uşaqların marağına uyğun maarifləndirici verilişlər hazırlayır" Millət vəkili VİDEO FOTO


Digərləri 18 Dek 2017 16:41:00 401 0

""ARB Günəş" uşaqların marağına uyğun maarifləndirici verilişlər hazırlayır"  Millət vəkili  VİDEO  FOTO

"ARB Günəş" televiziyasında yayımlalan "Mən məktəbli ikən" verilişinin qonağı millət vəkili Aydın Mirzəzadə olub.

Son.az bildirir ki, o, verilişdə məktəb illərini xatırlayıb, müəllimləri və sinif yoldaşları haqqında danışıb. Millət vəkili orta məktəbdə oxuyarkən əlaçı şagird olduğunu söyləyib. Bu günə qədər məktəbli kitabçalarını qoruyub saxlayıb. O, efir vasitəsi ilə orta məktəbdə aldığı qiymətləri nümayiş etdirib.

Aydın Mirzəzadə ölkənin il uşaq telekanalı olan "ARB Günəş"in fəaliyyətinə münasibət də bildirib. Millət vəkili deyib ki, telekanalı izləyir və bəyənir:

"Uşaq telekanalı olaraq, "ARB Günəş" özünə yaxşı ad seçib və uşaqların marağına uyğun verilişlər hazırlayır. Bu verilişlər vasitəsi ilə bizim uşaqlar həyatı öyrənirlər, biliklərini artırırlar. Bu böyük uğurdur və mən sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, uşaqlar belə maarifləndirici verilişləri izləyərək böyüsünlər".

Millət vəkili "ARB Günəş"in balaca izləyicilərinə də öz tövsiyyələrini verib:


Xəbərə aid foto