London klubunun futbolçusu polis tərəfindən saxlanılıb


İdman 18 Dek 2017 16:50:00 248 0

London klubunun futbolçusu polis tərəfindən saxlanılıb

"Crystal Palace" klubunun yarımmüdafiəçisi Ceyson Pançeonhəbs olunub. Goal.az xəbər verir ki, bunun səbəbi dekabrın 17-si Reyqeytin gecə klublarından birində baş vermiş insidentdir. 31 yaşlı futbolçu ictimai asayişi pozduğuna, silah gəzdirməsinə və mübahisə etdiyi şəxsə hücum etdiyinə görə saxlanıb. Daha sonra girov müqabilində evə buraxılan Pançeon yanvarın 5-də məhkəmədə ifadə verməlidir. Bu mövsüm Premyer Liqada 9 oyun keçirən havbek qol və məhsuldar ötürmə baxımından fərqlənə bilməyib.