"Villarreal"ın futbolçusu Madrid klubuna keçəcək


İdman 18 Dek 2017 16:34:00 195 0

"Villarreal"ın futbolçusu Madrid klubuna keçəcək

"Villarreal"ın arımmüdafiəçisi Rodriqo Ernandes "Atletico Madrid"ə keçəcək. Goal.az xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçunun transferi ətrafında "sarı sualtı qayıq"la razılıq əldə edib. Transferin 25 milyon avroya başa gələcəyi gözlənilir. Bunun 20 milyonu əsas qiymət, 5 milyonu bonuslardır. "Villarreal"ın direktoru Fernando Roiq məlumatı təsdiqləsə də, transfer qiymətini açıqlamayıb. Bu mövsüm La Liqada 16 oyuna çıxan Rodriqo məhsuldar fəaliyyəti ilə seçilməyib.