Rusiya Kamçatkada yeni ordu yaradır


Dünya 18 Dek 2017 15:55:00 234 0

Rusiya Kamçatkada yeni ordu yaradır

Rusiyanın Kamçatka bölgəsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrindən ibarət yeni ordu yaradılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məqsədlə Rusiyanın Sakit okean donanmasının Hava Hücumundan Müdafiə qüvvələri və dəniz aviasiyası birləşdiriləcək və bu qoşunların qərargahı Kamçatkada yerləşdiriləcək.

Kamçatka, Çukotka və Arktika regionunda hava təhlükəsizliyinə nəzarət edəcək ordunun yaradılmasına 2018-ci ildə başlanılacaq.