Azərbaycanda bu da oldu: Qayınata efirdə gəlininin xəyanət mesajlarını göstərdi VİDEO


Digərləri 18 Dek 2017 15:22:00 317 0

Azərbaycanda bu da oldu: Qayınata efirdə gəlininin xəyanət mesajlarını göstərdi  VİDEO

Bakıda qayınata gəlinin intim mesaj və videosunu canlı efirdə göstərib.   Son.az azxeber.com-a istinadən xəbər verir ki, "Space" telekanalında yayımlanan "Hadisə harada, Tahirə orada" verilişinə müraciət  edən Slavik Qəribov bu haqda deyib.   O, bildirib ki, gəlini oğluna xəyanət edib: "Gəlinim oğluma xəyanət edib. Əlimdə onun başqa kişi ilə intim video və mesajları da var.   Qayınata gəlinin xəyanətini sübut etmək üçün mesajlardan birini verilişin aparıcısına təqdim edib. Mesajda yazılıb: "Bir onu bil ki, Eldəniz hansısa məhkəmədə səninlə yazışdıqlarımı və ya şəkillərin birini üzə çıxarsa, mənim ölümümə səbəb sən olacaqsan. Bilirəm etdiyim səhvdir, ancaq mən səni sevmişəm".   Qayınata iddia edir ki, gəlini sevgilisi ilə onun evindən 14 min dollar dəyərində olan qızıl-ziynət əşyalarını da götürərək qaçıb. 

Videonu izləmək üçün şəklə klikləyin: