Tərtərin 11 yaşayış məntəqəsinə içməli su verilib


Digərləri 18 Dek 2017 15:02:00 254 0

Tərtərin 11 yaşayış məntəqəsinə içməli su verilib

Tərtərin 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Bakı. Tərtərin 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində keçirilən açılış mərasimində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, cəbhə xəttinə yaxın ərazidə yerləşən Tərtərdə içməli su ilə təminat həmişə aktual olub. Tərtərin əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatda çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.