Mamont skeleti 548 000 avroya satılıb FOTO


Digərləri 18 Dek 2017 14:51:00 265 0

Mamont skeleti 548 000 avroya satılıb  FOTO

Fransanın Lion şəhərində keçirilmiş hərracda qədim mamont skeleti €548 000 (təxminən, 1 milyon 88 min manat) qiymətə satılıb.

Skeletin 80 faizi qədim mamontun gerçək sümükləridir, həmin erkək mamontun qalıqları Sibirdə 10 il bundan əvvəl donmuş torpaqda aşkar olunub.

Son.az BBC-yə istinadən bildirir ki, mamontun azı dişlərində çürümə izləri aşkar olunduğundan, alimlər qədim heyvanın yeməyi çeynəmək qabiliyyətinin zəifləməsi səbəbindən öldüyünü istisna etmir.

Son zamanlarda müşahidə edilən iqlim dəyişməsi nəticəsində Sibirdə minilliklər ərzində donmuş halda olan torpağın donunun açılması, qədim mamontların qalıqlarının aşkar edilməsi hallarına səbəb olub.

"Torpağın donu açıldıqca maraqlı tapıntılar əldə olunur - mamontların tükü, dərisi, əzələləri, orqanları, hətta son yeməyi belə, aşkar olunub", - Manchester muzeyinin əməkdaşı David Gelsthorpe bildirib.

39 000 il bundan əvvəl yaşamış və Yuka adı verilmiş qədim mamont balasının, demək olar ki, heç çürüməmiş qalığı da, Sibir donuşluğunda aşkar olunub.


Xəbərə aid fotolar