Öldürülən biznesmenin oğlu 1,5 milyon manat tələb edir


Kriminal 18 Dek 2017 14:59:00 277 0

Öldürülən biznesmenin oğlu 1,5 milyon manat tələb edir

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri - Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə davam edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə  öldürülən iş adamının oğlu Vüqar Məmmədov ifadə verib.

O bildirib ki, hadisə baş verən zaman Bakıda olub: "2008-ci ildən Bakıda qalıram. Xaçmaza bayramdan-bayrama gedirdim".

V.Məmmədov qeyd edib ki, atasını təqsirləndirilən şəxslərin hər üçü qətlə yetirib: "Hadisə zamanı evdə 1 milyon 500 min manata yaxın pul olub".

Şahid bildirib ki, atası ilə hadisədən bir il əvvəl görüşüb: "Hadisənin necə baş verdiyini görməmiş, lakin bu haqda sonradan məlumatım olub. Evdə nə qədər pul olduğunu dövriyyədə olan mallarla bilirdim. Atam rayonda sahibkar idi. Atamla birgə fabrik açmaq fikrimiz var idi".

V.Məmmədov vurğulayıb ki, anası da Binə Ticarət Mərkəzində ticarətlə məşğul olur.

Məhkəmədə məlum olub ki, V.Məmmədov 1.5 milyon manatlıq mülki iddia qaldırıb.