Reklama görə çay suyu içən müğənni zəhərləndi, komaya düşdü FOTO


Digərləri 18 Dek 2017 14:37:00 327 0

Reklama görə çay suyu içən müğənni zəhərləndi, komaya düşdü  FOTO

Britaniyanın musiqi müsabiqəsi olan "Pop Idol"un ulduzu Darius Campbell çirkli çay suyu içdiyinə görə az qalsın öləcəkdi.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, qiyməti 100 dollar olan su filtirlərini reklam etmək üçün Temza çayının çirkli suyunu içən Darius zəhərlənib.

Daily Record-a başına gələnlər barədə danışan müğənni bildirib ki, reklam üçün çəkilən videoda suyu içdikdən sonra axşam anasının doğum günü mərasimində halı pisləşib, özünü itirib. Onu atası xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, suda olan virus onun immunitetini aşağı salıb və digəri viruslar fəaliyyətə keçib.


Xəbərə aid fotolar