"Turizm iqtisadiyyatın şaxələndiriməsində aparıcı sahələrdən biri olub"


Digərləri 18 Dek 2017 13:20:00 278 0

"Turizm iqtisadiyyatın şaxələndiriməsində aparıcı sahələrdən biri olub"

Son illər ərzində turizm qeyri-neft sektoru arasında Azərbaycan iqtisadiyyatının şaxələndiriməsi istiqamətində aparıcı sahələrdən biri olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

N.Səmədov bildirib ki, dövlət başçısının turizm sahəsinə verdiyi dəstək, göstərdiyi diqqət və qayğı öz nəticəsini verib.

Nazir müavini deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 20 faiz artaraq 2 milyon 477 mindən artıq olub.