Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutuldu


Kriminal 18 Dek 2017 12:38:03 249 0

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutuldu

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulub.

Son.az report-a istinadən xəbər verir ki, Bakı-Gəncə marşrutu üzrə şəxsi "Mercedes" markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədovu soyğunçuluğa məruz qoyan 32 yaşlı Ülvi Xəlilov və 26 yaşlı Ümid Əliyev saxlanılıb.

Qeyd edək ki, hadisə 10 gün əvvəl baş verib. Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.