"Manchester City" Qvardiolanı uzun müddət klubda saxlamağa çalışacaq


İdman 18 Dek 2017 12:22:00 344 0

"Manchester City" Qvardiolanı uzun müddət klubda saxlamağa çalışacaq

“Manchester City” futbol klubunun rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır. Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis üçün gələn yay 80 milyon funt sterlinq qarşılığında 4 illik sözləşmə təklifi irəli sürüləcək. Qvardiola 2016-c il fevralın 1-də “Mançester Siti” ilə 3 illik müqavilə bağlayıb. Onun hazırkı illik əmək haqqı 20 milyon avrodur. İspaniyalı baş məşqçi ötən ilin yayından “şəhərlilər”in sükanı arxasındadır. Yeni müqaviləyə əsasən, o, ildə 20 milyon funt sterlinq qazanacaq. Klub rəhbərliyi Qvardiolanın köməyi ilə, "Manchester united"ə 27 il rəhbərlik etmiş Aleks Ferqyuson nümunəsini tətbiq etməyə çalışır. Rəhbərlik Pepin ən azı 10 il müddətində "şəhərlilər"in sükanı arxasında olacağını və xeyli titul əldə edəcəyini düşünür. 

“Manchester City” ötən mövsüm İngiltərə Premyer Liqasında 3-cü yeri tutsa da, hazırda 18 turdan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Manchester United”i 11 xal qabaqlayır.