Bu il turistlər Azərbaycanda 1 milyard 300 milyon dollar xərcləyiblər


İqtisadiyyat 18 Dek 2017 12:05:36 251 0

Bu il turistlər Azərbaycanda 1 milyard 300 milyon dollar xərcləyiblər

Bu ilin 11 ayı ərzində Azərbayca­na 2 milyon 477 min nəfərdən çox turist gəlib

"Son illər ərzində tu­rizm Azərbay­can iqtisadiyyatının şaxələndiriməsi işində aparıcı sahələrdən biri olub".

"Report" un məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin mü­avini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

N.Səmədov bildirib ki, 2016-cı ilin müvafiq dövrü ilə mü­qayiədə bu ilin 11 ayı ərzində Azərbayca­na gələn turistlərinm sayı 20 faiz artıb və 2 milyon 477 min­dən çox olub. 

O qeyd edib ki, ölkəyə gələn xarici turistlər 1.3 mily­ard dollar xərcləyib, Azərbaycandan xari­cə gedən turstlər isə 1.2 milyard dollar xərcləyiblər: "Bu sahədə 100 mily­on dollar müsbət sal­do yaranıb ki, bu da təqdirəlayiq haldır."