Tbilisidə GUAM PAnın 10cu sessiyası keçirilir FOTO


Siyasət 18 Dek 2017 11:40:00 279 2

Tbilisidə GUAM PAnın 10cu sessiyası keçirilir  FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində GUAM Parlament Assambleyasının (PA) 10-cu illik sessiyası keçirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, sessiyada regional təhlükəsizlik, transsərhəd cinayətlərə qarşı birgə səylər, bərpa olunan enerji mənbələrinə keçid mövzularında panel müzakirələr keçiriləcək.

Tədbirdə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze, Gürcüstan parlament sədrinin birinci müavini Tamar Çuqoşvili, Benilüks Parlament Assambleyasının prezidenti Andre Postema, Baltik Assambleyasının rəhbəri Aadu Must, GUAM-ın baş katibi Altay Əfəndiyev və digər rəsmi şəxslər iştirak edir.

Azərbaycanı sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edir. 

GUAM PA-nın 10-cu sessiyasının sonunda yekun sənəd qəbul olunacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar