Təranəylə Nazəninin "kommersiya sirri", Röyanın "Altın kelebek"i, azadlığa çıxan qızıl səs


Şou-biznes 18 Dek 2017 07:21:00 335 0

Təranəylə Nazəninin "kommersiya sirri", Röyanın "Altın kelebek"i, azadlığa çıxan qızıl səs

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (152-ci say) təqdim edir.

Hərdən mənə elə gəlir ki, şou aləminə gələnlər hansısa xüsusi kurs keçirlər. Həmin kursda isə etikasızlıq, mədəniyyətsizlik, başından böyük danışmaq kimi fənlər tədris olunur. Bu yazdıqlarımın hazırkı "Həftəbecər"ə birbaşa dəxli olmasa da, haqqında bəhs etdiyim şəxslər də şou-biznes adamlarıdır. Yəni, elə onlara da dəxli şübhəsizdir.

Bilirəm ki, siz də Nazənin-Təranə davası haqda xəbərləri oxumaqdan bezmisiniz. Ancaq mən uzun-uzadı müşahidələrdən sonra belə bir qənaətə gəlmişəm ki, hər iki xanım sözün bütün mənalarında ağzıbərk insanlardı. Yadınızdadırmı, Tunayla Pərvinin davasında bir-birinə nələr yazırdılar. Biri deyirdi ki, sən 500 manata görüşürsən, o biri deyirdi ki, sənin qiymətin 300 manatdır. Belə-belə "tası" xeyli aşağı saldılar. Bu davada isə hər şey xoşuma gəlir. Kim kimlə nə vaxt görüşüb, harda görüşüb, yalan-doğru deyirlər. Utanmaq, çəkinmək yoxdur. Konkret şəffaflıqdı. Amma bircə şey pisdir ki, qiyməti açıqlamırlar. Yəqin ki kommersiya sirridir. Ya da hər iki tərəfin iddiaları yalandır, sadəcə, bir-birini aşağılamaq məqsədi daşıyır. İstənilən halda qiymətin açıqlanmaması təqdirəlayiqdir. Heç bizim milli futbol çempionatındakı oyunçuların da transfer qiyməti açıqlanmır. Axı dost var, düşmən var. Niyə kimsə bilməldiri ki, filan futbolçunun illiyi 200 mindir, yaxud filan müğənninin gecəsi 500 manatdır. Elə bilirsiz ki, hamı adamı çox istəyir? O qədər bəd nəzərli, adamı gözü götürməyənlər, pulunu sayanlar var ki. Yeri gəlmişkən, Təranə xanım son günlərdə yaşadığı qalmaqallara görə ərini günahlandırıb və sosial şəbəkədə belə bir status yazıb:

"Səni sevməyimdir mənim günahım? Səni sevdim deyə ellər mənə düşmən oldu. Başıma gəlməyən oyun qalmadı. Bu da son!"