"Hyundai Getz" əks yola çıxdı:


Dünya 17 Dek 2017 23:48:00 342 0

"Hyundai Getz" əks yola çıxdı:

Dekabrın 17-də axşam saatlarında Qırğızıstanın Cəlalabad vilayətinin ərazisində, Bişkek-Oş magistral yolunun 299-cu kilometrində iki avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub, üç nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisəyə "Hyundai Getz" markalı avtomobilin əks yola çıxması səbəb olub.