Saakaşvili tərəfdarlarının Oktyabr sarayına hücumu zamanı 30 polis xəsarət alıb


Dünya 17 Dek 2017 23:07:00 330 0

Saakaşvili tərəfdarlarının Oktyabr sarayına hücumu zamanı 30 polis xəsarət alıb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarlarının Kiyevin mərkəzindəki Oktyabr sarayına hücumu zamanı 30 polis əməkdaşı xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Zoryan Şkiryak bildirib. 

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.