Həm müxtəlif musiqi alətlərində ifa edir, həm də oxumağı bacarır VİDEO


Digərləri 17 Dek 2017 21:05:00 248 0

Həm müxtəlif musiqi alətlərində ifa edir, həm də oxumağı bacarır  VİDEO

Həm müxtəlif musiqi alətlərində peşəkarcasına ifa edir, həm də oxumağı bacarır.

Son.az bildirir ki, söhbət Mingəçevirdə yaşayan 43 yaşlı Polad Osmanovdan gedir. O, Qarmon, nağara, pianino, tar və kamançada müxtəlif musiqiləri asanlıqla ifa edir. Üstəlik muğam da oxuya bildiyindən hamı onu "Universal musiqiçi" adlandırır. Polad Osmanov Ağdaşın Nemətabad kəndində, musiqçi ailəsində doğulub. Uşaq yaşla  rından ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Atası qarmon ifaçısı olduğundan il öyərndiyi musiqi aləti də elə qarmon olub.

Təhsilini başa vurduqdan sonra musiqi alətlərinə marağı daha da artıb. Elə bu səbəbdən bir neçə alətdə ifa etməyi öyrənib. Polad Osmanov onun üçün ən maraqlı, eyni zamanda da nisbətən çətin öyrəndiyi musiqi alətinin kamança olduğunu deyir. Polad Osmanov məclislərdə iştirakçıları təcübləndirə də bilib. Tar, qarmon və nağarada ifa etdikdən sonra muğam ocumağa başlayanda çox böyük maraqla qarşılanıb.