İstədiyi oğlanla ailə qurmasına icazə vermədilər


Digərləri 17 Dek 2017 18:37:00 266 0

İstədiyi oğlanla ailə qurmasına icazə vermədilər

Bu gün saat 10:30 radələrində Oğuz rayonu Padar kənd sakini 1996-cı il təvəllüdlü Rəvanə Nofəl qızı Dadaşova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Son.az APA-ya istinadən xəbər verir ki, müayinə zamanı 21 yaşlı Rəvanə Dadaşovanın intihar etmək məqsədi ilə sirkə turşusu içdiyi məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Dadaşovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.