Cocuq Mərcanlıda 4 500 kv. metr ərazi tam təmizlənib


Sosial 17 Dek 2017 17:41:49 288 0

Cocuq Mərcanlıda 4 500 kv. metr ərazi tam təmizlənib

Mina və partlamamış hərbi sursat aşkar edilməyib

ANAMA dekabrın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi

nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

“Report” xəbər verir ki, gün ərzində kənddə 4 500 (0.45 ha) ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

30 gün ərzində 11 ədəd partlamamış hərbi sursat və 2 ədəd piyada əleyhinə mina aşkar edilib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.