Cocuq Mərcanlıda 4 500 kv.m ərazi tam təmizləndi FOTO


Digərləri 17 Dek 2017 17:47:00 288 0

Cocuq Mərcanlıda 4 500 kv.m ərazi tam təmizləndi  FOTO

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi - gün ərzində 4 500 (0.45 ha) ərazi tam təmizlənmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 30 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 508 450 kv.m (50.85 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır. (Cəmi: 925 916 kv.m (92.59 ha).


Xəbərə aid fotolar